Xəzər Xəbər

Vəndam qəbristanlığından oğurluq edilib FOTO/VİDEO

Sakinlər narahatdır
Veb TV | 22:07 • 10 Noyabr 2023
Vəndam qəbristanlığından oğurluq edilib

Qəbələnin Vəndam qəsəbəsinin Qozlu məhəlləsində olan qəbristanlığın kənarındakı metal hasarlar oğurlanıb.

Buna görə də mal-qara içəri daxil olaraq qəbirlərə ziyan vurur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər dəmir hasarların oğurlanmasından və mal-qaranın qəbirlərə mümkün ziyanından narahatdır.

Məsələ ilə əlaqədar qəsəbənin bələdiyyə sədri Asif Həşimov “Xəzər Xəbər”ə bildirdi ki, dəmir hasarların oğurlanması ilə bağlı polisə məlumat verilməyib.

Sadəcə özləri araşdırırlar. Söz verilib ki, yaxın vaxtlarda bələdiyyə hesabına hasarlar bərpa ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar