Xəzər Xəbər

Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir FOTO/VİDEO

Veb TV | 20:38 • 10 Noyabr 2023
Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir

Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir. Sakinlər deyirlər ki, mövcud vəziyyət uzun müdətdir davam edir.

Xəstəxananın tabeliyində olan 2 saylı Ailə Sağlamlıq Mərkəzində də vəziyyət eynidir. Hətta binanın eyvanlarının birində uçqunun olduğu bildirilir. Bəs sözügedən müəssisələrdə nə zaman təmir işləri aparılacaq?

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 4 saylı Şəhər Xəstəxanasının divarlarında iri çatlar əmələ gəlib. Pəncərələrin şüşələri sınıb, əvəzində taxta parçalarından istifadə edilir.

Tibb müəssisəsinin baxımsız vəziyyətdə olması insanları narahat edir.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, problemdən xəbərdardırlar. Tibb müəssisəsindəki çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması prosesi həyata keçirilir.

Sumqayıt Tibb Mərkəzindən o da qeyd edilib ki, 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi və 4 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin fəaliyyət göstərdiyi binada çökmə hadisəsi qeydə alınmayıb.

 

Bərpa işlərinin görülməsi məqsədilə eyvanlardan birinin döşəməsinin bir hissəsi sökülüb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar