Xəzər Xəbər

Sürücü cərimədən narazıdır - Yol polisi əsassız protokol yazıb? FOTO/VİDEO

Veb TV | 21:12 • 10 Noyabr 2023
Sürücü cərimədən narazıdır - Yol polisi əsassız protokol yazıb?

Bakı sakini Zahid Efendiyev yol polisi əməkdaşlarının ona əsassız yerə cərimə protokolu yazdıqlarını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Zahid Efendiyev ona yazılan protokolun yanlış olduğunu bildirir.

Onun sözlərinə görə, saxlanılan zaman duman əleyhinə olan işıqlara qanunsuz yerə dəyişkilik etdiyi əsas gətirilərək, avtomobili cərimə meydançasına aparılıb.  İşıqlara müdaxilə etmədiyini iddia edən sürücü deyir ki, nəqliyyat vasitəsi həmin şəkildə onun adına qeydiyyata salınıb.

Zahid Efendiyev deyir ki, avtomobilində olan işiqlar zavod istehsalıdır və qadağan olunmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Xəzər Xəbər”ə bildirdi ki, öz yollarını işıqlandırmaq naminə bəzi sürücülərin günün qaranlıq saatlarında digər hərəkət iştirakçılarının həyat və sağlamlqları üçün təhlükə yaratması qətiyyən yolverilməzdir.

Baş inespektor qeyd edib ki, hər bir nəqliyyat vasitəsində istehsalçı tərəfindən ona uyğun müəyyənləşdirilmiş avadanlıqlardan istifadə edilməlidir.

Araz Əsgərli əlavə edib ki, prtokoldan narazı qalan sürücünün şikayəti əsasında bu məsələ araşdırıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar