Xəzər Xəbər

İpoteka kreditlərində YENİLİK: daha çox adam faydalana biləcək FOTO/VİDEO

Veb TV | 19:34 • 10 Noyabr 2023
İpoteka kreditlərində YENİLİK: daha çox adam faydalana biləcək

Aşpaz, bərbər, dayə və bu kimi xidmət sahələrində çalışan digər şəxslər də ipoteka imkanlarından faydalana biləcəklər. Çünki sabit vergi ödəyicilərinin ipoteka kreditlərinə çıxışını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı

Danışan iqtdisaçı - ekspert Xalid Kərimli deyib ki, sözügedən şəxslərin gəlirlərinin qeyri - stabil olması onlara müəyyən problemlər yaradırdı.

Ekspert bildirib ki, müxtəlif xidmət sahələrində çalışanlara aylıq sabit vergi ödənişi tətbiq olunduğuna görə ipoteka kreditinə müraciət etmək üçün imkan yaradılacaq.

Onun sözlərinə görə, yeni qaydalar qüvvəyə minəndən sonra əhalinin əhəmiyyətli kateqoriyasını təşkil edən müxtəlif xidmət sahələrində işləyənlərin ipoteka kreditlərinə əlçatanlığı təmin olunacaq.

Xalid Kərimli hesab edir ki, dəyişklik regionlarda mənzil bazarının canlanmasına səbəb ola bilər.

Yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib. Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yaxın vaxtlarda yeniliklərdən istifadə mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar