Xəzər Xəbər

Güclü külək nə vaxtadək davam edəcək? FOTO/VİDEO

Əhaliyə xəbərdarlıq edildi
Veb TV | 20:09 • 10 Noyabr 2023
Güclü külək nə vaxtadək davam edəcək?

Ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarından etibarən müşahidə edilən küləyin sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 30 metrə çatıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dənizdə dalğanın hündürlüyü 4 metr olub.

Xidmətin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova küləkli hava şəraitinin nə qədər davam edəcəyini açıqlayıb. O deyib ki, külək bu gün axşamdan etibarən tədricən zəifləyəcək.

Hava şəraiti ilə bağlı Dəniz və Liman Agentliyi tərəfindən gəmilərə xəbərdarlıq edilib. Bildirilib ki, Xəzər dənizi akvatoriyasında şimal-qərb küləyi noyabrın 11-ə kimi davam edəcək. Dalğanın hündürlüyünün 5-6 metr olacağı ehtimal edilir.

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri sürücülərinə xəbərdarlıq edib. İdarənin inspektoru Elvin Hacıyev qeyd edib ki, xüsusilə belə havalarda yük avtomobillərinin sürücüləri diqqətli olmalıdırlar.

Fövqəladə Hallar Nazirliyinin isə güclü küləklə bağlı müraciətində deyilir ki, vətəndaşlar küləyi nəzərə alıb yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmalı, elektrik dirəyi və naqillərin, hündür ağacların altında dayanmamalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar