Xəzər Xəbər

Rayonlarda ət ucuzlaşır - Bəs Bakının ət bazarında qiymətlər dəyişirmi? FOTO/VİDEO

Veb TV | 19:50 • 10 Noyabr 2023
Rayonlarda ət ucuzlaşır - Bəs Bakının ət bazarında qiymətlər dəyişirmi?

Son bir neçə həftədə bölgələrdə quzu qiymətlərində ucuzlaşma olduğu deyilir. Bunu paytaxtda qəssabxana işlədən şəxslər də deyir. Ancaq hələlik ucuzlaşma Bakıda ətin qiymətinə təsir etməyib. Yəni, indi də quzu əti 18 manata satılır.

Xezerxeber.az-ın məlumatına görə, quzu ilə yanaşı dana ətinin də qiyməti hələlik dəyişməyib. Bununla belə, bəzi qəssabxanalarda 15 manata satılan dana ətini bəziləri 14 manata təklif edir.

Satıcılar deyirlər ki, əgər bölgələrdə quzu və dana əti uzunmüddətli ucuzlaşarsa, bu, mütləq paytaxtda da özünü göstərəcək.

Yəni quzu və dana əti indikindən ucuz satılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar