Xəzər Xəbər

Veteran futbolçular Xankəndi stadionunu BELƏ XATIRLAYIR VİDEO

Veb TV | 20:30 • 9 Noyabr 2023
Veteran futbolçular Xankəndi stadionunu BELƏ XATIRLAYIR

Bir neçə gün öncə Xankəndi şəhər stadionunda söküntü işlərinə başlanıb.

Xezerxeber.az xəbər verir ki, tribunalarda qondarma rejimin bayrağı rənglərində olan oturacaqlar tamamilə çıxarılıb.

Xankəndi stadionunda vaxtı ilə top qovan, hazırda hakim-inspektor olan Munis Abdullayev deyir ki, 22 yaşında Qarabağ-Xankəndi klubunun heyətində çıxış edib. Müsahibimiz bildirir ki, 1987-ci ilə qədər komandanın əsas heyətində olub və məsuldarlığı ilə digər futbolçulardan həmişə fərqlənib.

Munis Abdullayev deyir ki, bu barədə oyundan sonra məşqçiyə iradını bildirib. Məşqçi də hər dəfə bildirirmiş ki, bu taktiki gedişdir. Munis Abdullayev deyir ki,  gənc olduğu üçün o vaxtlar bunu başa düşməyib. ''Sonradan anladım ki, mənfur niyyətlər elə o vaxtdan başyırmış''-deyə hakim-inspektor qeyd edib.

Xankəndi sakini, veteran futbolçu Emin Salmanov da vaxtı ilə Qarabağ-Xankəndi klubunun şərəfini qoruyub. O, 1987-ci ildən sonra "Neftçi" klubundan gələn dəvəti dəyərləndirib və transfer olub. Onun da Qarabağ-Xankəndi klubu ilə bağlı xatirləri çoxdur.

Emin Salmanov deyir ki, 16 yaşında olarkən əsəs heyətin məşqçisi onu komandaya cəlb etmək istəyib. Azərbaycanlı futbolçulara qarşı 1987-ci ildən sonra münasibətin dəyişdiyini görən gənc oyunçu isə Neftçi klubunu seçib. Emin Salmanov onu da əlavə etdi ki, Qarabağ-Xankəndi klubunun erməni baş məşqçisi azərbaycan klubları ilə oyunlara qarşı hər zaman aqressiv münasibət göstərib. Veteranların Xankəndi şəhər stadioanu ilə bağlı düşüncələri indi çox fərqlidir.

Qeyd edək ki, tribunadan sökülən oturacaqların yerində yeniləri qoyulacaq. Müəyyən təmir işləri də aparıldıqdan sonra stadionda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar