Xəzər Xəbər

Rayon yollarında qəzalar səngimir VİDEO

Veb TV | 22:55 • 9 Noyabr 2023
Rayon yollarında qəzalar səngimir

İmişlidə yol-nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki,  yol qəza hadisəsi  Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunda rayonun Qaragüvəndikli kəndindən keçən hissəsində qeydə alınıb. Magistral yolda hərəkət edən minik avtomobili velosipedlə gedən kənd sakini 18 yaşlı İsmayıl Gülmalıyevi vurub. Yaralı aldığı xəsarətlərdə

Şamaxıda isə piyadanı maşın vurub.

Hadisə gecə saatlarında baş verib. Nəticədə rayon sakini 1986-cı il təvəllüdlü Ağayev Ramiz Durasan oğlu aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar