Xəzər Xəbər

Arzuları gerçək oldu, Laçında bir ömür yaşayacaqlar VİDEO

Veb TV | 22:00 • 9 Noyabr 2023
Arzuları gerçək oldu, Laçında bir ömür yaşayacaqlar

İsmayılovlar ailəsi 30 il boyunca doğma yurdlarından ayrı qalmağın nisgili ilə ömürlərinin ən gözəl çağlarını məhz bu baxımsız evdə sürüblər. Dağlar qoynunda yerləşən hər cür şəraitli ev eşiklərindən didərgin düşüb, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mülk evində məskunlaşıblar.

Xezerxeber.az xəbər verir ki, köçkünlük həyatı, başlarına gələn müsibətlərlə bərabər, birdə baxımsız şərait. İsti, hər cür şəraiti olan evlərinin yerinə balaca baxımsız vəziyyətdə olan bu evdə qalmağa məcbur olublar.

İllər ayları aylar günləri qovalasada amma onların ürəklərindəki  ümid heç zaman tükənməyib.Bir gün yenidən öz doğma yurdlarına qayıdacaqları günü səbrsizliklə gözləyiblər.

Oktay kişi deyir ki, bu evi özüm öz əllərimlə tikmişdim.Gələlndə gördüm ki, evimin qalıqları qalıb. Amma şükür bu günə dövlətimiz evimizi hər cür şəraitlə təmin edərək yenidən bizə qaytardı.

İsmayılovlar ailəsinin indi bir istəyi var, özlərinin sürə bilmədiyi gəncliyin əvəzinə ömürləirinin sonuna kimi Laçın dağlarında, ballarının, nəvələrinin əhatəsində yaşmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar