Xəzər Xəbər

Torpaq üstündə dava etdilər, xəstəxanalıq oldular VİDEO

Veb TV | 20:20 • 9 Noyabr 2023
Torpaq üstündə dava etdilər, xəstəxanalıq oldular

Cəlilabadda torpaq üstündə düşən mübahisə əlbəyaxa davaya çevrilib.

Xezerxeber.az xəbər verir ki, hadisə Cəlilabadda Abışabad kəndində baş verib. İbrahimov və Qarayev ailələri arasında yaranan torpaq üstündə yaranan mübahisə  4 nəfərin döyülməsi ilə nəticələnib.

İddialara görə, tərəflərdən biri sərhədi pozaraq bir metr digərinin ərazisinə keçib. Günün birinci yarısında baş verən mübahisəni ətrafdakı insanlar sakitləşdiriblər. Lakin tərəflərdən biri hava qaralandan  sonra enidən əraziyə gələrək mübahisəni davam etdirib.

Sakitləşməyən tərəflərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Nəticədə də rayon sakinləri - 48 yaşlı Ərəstun İbrahimov, 42 yaşlı Fikrət İbrahimov, 22 yaşlı İsmət İbrahimov və 25 yaşlı Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar