Xəzər Xəbər

Paytaxt yollarındakı elektron lövhələr NİYƏ İŞLƏMİR? VİDEO

Veb TV | 13:31 • 9 Noyabr 2023
Paytaxt yollarındakı elektron lövhələr NİYƏ İŞLƏMİR?

Sürücülər əksər ərazilərdə elektron lövhələrin işləmədiyini deyir.

Xezerxeber.az-ın xəbərinə görə, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, elektron rəqəmsal tablolar təxminən 10-12 il əvvəl dövlət büdcəsindən ayrılan vəsaitlə quraşdırılıb. Amma, nəticəsi uğursuz olub. Ekspert bunu müxtəlif səbəblərlə əlaqələndirir.  

Ərşad Hüseynovun sözlərinə görə, bu manitorların bərpası xeyli vəsait tələb edir. Bundan başqa insanlar yollardakı vəziyyəti artıq mobil cihazlardan da öyrənə bilirlər. Ekspertin fikrincə,  bu qurğuların əvəzinə yeni operativ tətbiqlər yaradılsa daha səmərəli olar. Yəni küçədə qoyulan həmin lövhələr artıq köhnəlmiş texnologiya hesab edilir.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, paytaxt yollarında nasaz vəziyyətdə olan Elektron Rəqəmsal Tabloların çox hissəsi istismar müddətini başa vurub. Həmin qurğuların, eləcə də digər texniki avadanlıqların yenilənməsi istiqamətində təkliflər hazırlanıb və bu istiqamətdə işlər aparılır.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024