Xəzər Xəbər

Laçında YENİLİK VİDEO

Veb TV | 21:25 • 8 Noyabr 2023
Laçında YENİLİK

Yeni sakinlər Laçına köç etdikcə, bizim qarşımızda duran vəzifələr artır.

Xezerxeber.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda  Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O, bildirib ki, Laçında artıq məktəb fəaliyyətə başlayıb.Məktəbdə 70-dən çox şagird təhsil alır.

Məsim Məmmədovun sözlərinə görə, eyni zamanda, şəhərin yüksək hissəsindəki Zerti kəndi ərazisində Aqro Sənaye Parkında da işlər artıq başa çatmaq üzrədir

Laçın şəhərində infrastruktur işlərinin davam etdirildiyini vurğulayan Məsim Məmmədov çoxmənzilli yaşayış binalarının tikintisinin planlaşdırıldığını da diqqətə çatdırıb. Bundan əlavə, Laçın rayonu ərazisində qəsəbə və kəndlərin layihələndirilmə işləri aparılır. İşlər Gələn ilin birinci rübündə başa çatacaq. Sonra həmin qəsəbə və kəndlərin yenidənqurma işlərinə başlanılacaq, deyə Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Məsim Məmmədov həmçinin qeyd edib ki, Beynəlxalq hava limanında da işlər sürətlə davam edir, planla 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə hava limanı təhvil veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar