Xəzər Xəbər

Xalqımızın ZƏFƏR QƏLƏBƏ sevinci VİDEO

Veb TV | 22:49 • 8 Noyabr 2023
Xalqımızın ZƏFƏR QƏLƏBƏ sevinci

Düz 3 il əvvəl 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun səması açıldı, başındakı duman, çən dağıldı.

Budəfəki Zəfər isə bir başqadır. Zəfərin sədasını bu dəfə Xankəndidən, Xocalıdan, Ağdərədən, Xocavənddən gəldi. Tarixi Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə ucaldılan üçrəngli bayrağımız Zəfərin təntənəsini bir az da yüksəltdi. Azərbaycan xalqı növbəti dəfə hər kəsə öz torpağından bir qarışını belə düşmənə güzəştə getmədiyini və heç zaman da getməyəcəyini nümayiş etdirdi. Hər il olduğu kimi bu il də Zəfər Günün də şəhidlərin xatirəsi anıldı, Fəxri xiyaban izdiham yaşandı...

Əynindəki əsgər paltarını qürurla gəzdirən balacalar da ziyarətçilər sırasındadır. Şeir deyənləri də var, zəfər gününün  mahiyyətindəın danışanları da...

Fəxri xiyaban dolub daşırdı. Əllərində gül, ağızlarında dua...

Şəhid İlkin Xosrovzadənin nənəsi Rəhilə Mahmudova deyir ki, bu gün Zəır Paradının Xankəndində qeyd olunması ilə şəhidlərin ruhu bir daha şad oldu:

Zəfərin əbədi olsun, Azərbaycan!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar