Xəzər Xəbər

Zəfər günü yürüş olacaq VİDEO

Veb TV | 22:00 • 7 Noyabr 2023
Zəfər günü yürüş olacaq

Zəfər Günü münasibəti ilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanıb.

Xezerxeber.az xəbər verir ki, parkda yerləşən saat qülləsinin yanında böyük səhnə qurulur.

Üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər xiyabanı, dördüncü marşrut isə "Olimpik Star" İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq.

Sabah Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək. Zəfər paradına hazırlıq işləri başa çatmaq üzrədir. Paradda müxtəlif qoşun növlərinin keçidi olacaq. Həmçinin Ermənistan ordusundan qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024