Xəzər Xəbər

Xaçatryan məhkəmədə SON SÖZÜNÜ DEDİ, HÖKM OXUNDU VİDEO

Veb TV | 22:22 • 7 Noyabr 2023
Xaçatryan məhkəmədə SON SÖZÜNÜ DEDİ, HÖKM OXUNDU

Sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinən Vaqif Xaçatryana hökm oxundu.

Xezerxeber.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edib. O, hakimdən Vaqif Xaçatryana 15 il cəza verilməsini təklif edib.

Dövlət ittihamçısı daha sonra ona 15 il cəza istəməsinin səbəbini izah etdi. Bildirdi ki, Vaqif Xaçatryanın törətdiyi cinayətlərə görə, o ömürlük azadlıqdan məhrum edilməli idi. Amma Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşı tamam olan şəxs ömürlük azadlıqdan məhrum edilə bilməz. Vaqif Xaçatryanın da 65 yaşı tamam olduğu üçün ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsi qadağandır.

Vaqif Xaçatryanın vəkili Radmila Abılova müdafiə çıxışı edib. Vəkil çıxışında Vaqif Xaçatryana bəraət istəyib. Daha sonra Vaqif Xaçatryan son söz deyib. O, özünü təqsirli bilmədiyini deyib, məhkəmədən bəraət istəyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən qayıdan hakim Vaqif Xaçatryana hökm oxuyub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024