Xəzər Xəbər

Əməliyyatda 21 yaşlı qadına narkozu çox verdikləri ölüb-İDDİA VİDEO

Veb TV | 21:35 • 7 Noyabr 2023
Əməliyyatda 21 yaşlı qadına narkozu çox verdikləri ölüb-İDDİA

Qusarda 21 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, Xaçmaz rayon Çiləgir kənd sakimi 21 yaşlı Aysel Babayeva qadın xəstəliyi ilə bağlı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Həkimlər öncə yumurtalıq hissəsində şiş olması barəsində ona məlumat verməyiblər. Oktyabrın 23-ü yenidən özünü narahat hiss edən gənc qadın yaxınlarının köməyilə  Qusar Mərkəzi xəstəxanasının doğum şöbəsinə müraciət edib.Yaxınlarının sözlərinə görə, anidən halı pisləşən qadın müayinə üçün xəstaxanaya aparılıb. Müayinə olunduqdan sonra əməliyyata alınıb.

Mərhumun qaynanası İlhamə Babayeva deyir ki, gəlini Həkim Gineikoloq Yelena Tağıyeva tərəfindən əməliyyat olunub. Əməliyyatdan 2 gün sonra isə verilən narkozun təsirindən ayılmayaraq dünyasını dəyişib.

Qusar Mərkəzi Xəsətxanasının Həkim Ginekologu Yelena Tağıyeva da məsələyə münasibət bildirib. Həkimin sözlərinə görə, Aysel Babayeva Xroniki Qara Ciyər çatışmazlığından əziyyət çəkib. Bunu ekspertiza da göstərib, amma tam yekun qərar ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Qusar rayon Prokurorluğu da araşdırma aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024