Xəzər Xəbər

Ana oldu, 3 gün sonra elə həmin xəstəxanada ÖLDÜ VİDEO

Veb TV | 21:21 • 7 Noyabr 2023
Ana oldu, 3 gün sonra elə həmin xəstəxanada ÖLDÜ

24 yaşlı ana doğuşdan 3 gün sonra ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Bərdədə baş verib. Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən 24 yaşlı Nəsibə Əlizadə evə buraxılıb. Evdə səhhəti pisləşən qadın yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizədənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının yaxınları iddia edir ki, ilk övladını dünyaya gətirən gənc ana həkim səhlənkarlığı səbəbindən ölüb.

Məsələ ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinin baş həkimi Tünzalə Bəşirova bildirib ki, Nəsibə Əlizadənin əməliyyatı və sonrakı dövr tam normal keçib. Noyabrın 4-də qadın evə buraxılıb. Bir gün sonra vəziyyəti pisləşdiyindən xəstəxananın cərrahiyyə şöbəsinə daxil olub.

Hazırda körpənin vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar