Xəzər Xəbər

Qərb mətbuatının ABŞ-ın Yaxın Şərq siyasətinə istehzası VİDEO

Veb TV | 20:40 • 7 Noyabr 2023
Qərb mətbuatının ABŞ-ın Yaxın Şərq siyasətinə istehzası

Amerika diplomatiyası Yaxın Şərqdə iflasa uğradı.

Xezerxeber.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu media qurumu “Sky Nyus” yazır.

Entoni Blinkenin Yaxın Şərq səfərində 3 məqsədi var idi, lakin heç birini yerinə yetirə bilmədi.

“Sky Nyus”un Beynəlxalq əlaqələr Redaktoru Dominic Vaghorn məqaləsində qeyd edir ki, ABŞ dövlət katibi Qüds, Ramallah, Əmman, Bağdad və Ankaraya səfər edib. Amma əslində diplomatik dillə desək o, hələ də heç bir ünvana aparmayan yolda görünür. Müəllif "Amerikanın baş diplomatı Yaxin Şərqdə qızğın diplomatiya döyüşü aparıb" deyərək istehza da edir.

Bəs yaxşı Blinkenin qarşısındakı o çatmadığı hədəflər hansılar idi?

Müəllifin fikrincə, birincisi humanitar yardımın çardırılıması və girovların azad edilməsi üçün İsraili hərbi əməliyyatlara ara verməyə razı salmaq. Amma bu rədd edildi. İsrail "Həmas əvvəlcə girovları azad etsin, sonra döyüşləri dayandırmaq barədə danışa bilərik" deyir.

İkincisi, ərəb ölkələrini İsrail-Həmas münaqişəsinə son qoymaq üçün uzunmüddətli həll yolları üzərində düşünməyə inandırmaq... Amma orada Blinkenə verilən cavab belə olub: "Zarafat edirsiz? Qəzzanın  xarabalığa çevrildiyi bir vaxtda bunun heç zamanı deyil."

Amerikanın bu səfər üçün üçüncü hədəfi: Münaqişənin yayılmasının qarşısını almaq. Lakin, Blinkenin görüşdüyü deyil, görüşmədiyi tərəflərdir təhlükə yarada biləcəklər. Hizbullah və İran.

Sky Nyus şərhçisi bildirir ki, məlum səbəblərdən onlar Blinkenin marşrutunda deyildi.

Məqalədə o da bildirilir ki, İsrailin Qəzzanı darmadağın etməsi, uşaq ölümləri bölgə insanlarında və liderlərində qəzəbi gücləndirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar