Xəzər Xəbər

85 yaşlı kişi uşağı bıçaqladı- TƏFƏRRÜAT VİDEO

Veb TV | 20:30 • 7 Noyabr 2023
85 yaşlı kişi uşağı bıçaqladı- TƏFƏRRÜAT

13 yaşlı  uşaq  85 yaşlı kişi tərəfindən bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Sumqayıtda baş verib.

Uşaq dostları ilə həyətdə oynayarkən, elə həmin binanın birinci mərtəbəsində yaşayan 85 yaşlı Şahhüseyn Qəmbərovun hücumuna məruz qalıb. Bu zaman ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə olunduqdan sonra , müalicəsinin ev şəraitində davam etdirilməsinə qərar verilib.

İddialara görə, 85 yaşlı Şahhüseyn Qəmbərovun  məhəllədə yaşayan digər uşaqlarla da mübahisə olub.

Məsələyə qonşular da münasibət bildiriblər.

Sumqayıt şəhər Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar