Xəzər Xəbər

Zəfər gününə həsr olunan mötəbər tədbir VİDEO

Veb TV | 20:05 • 7 Noyabr 2023
Zəfər gününə həsr olunan mötəbər tədbir

BMT qətnamələrini özü icra edən Azərbaycan zəfər bayramını qeyd  edir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik həsrətə son qoydu.

Artıq 3 ildir ki, bu tarix ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Zəfər gününə həsr olunmuş "ATA VƏSİYYƏTİ VƏ İNAMLI ZƏFƏR" adlı tədbir keçirilib.Tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, şəhid ailələri, müharibə iştirakçıları və  digər qonaqlar iştirak ediblər.

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev tarixin mürəkkəb  bir dönəmində  qazanılan  parlaq zəfərdən, əldə olunan qələbənin dünyada unikal hadisələrdən biri  olmasından bəhs edib.

Daha sonra çıxış edən şəhid valideynləri bildirib ki,  Vətən müharibəsində qazanılan qələbə, həmdə  tarixi ədalətin bərpası idi.

Tədbir daha sonra incəsənət xadimlərinin musiqili ifaları ilə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar