Xəzər Xəbər

Büdcənin 70-faizi sosial yönümlü olur VİDEO

Veb TV | 22:45 • 6 Noyabr 2023
Büdcənin 70-faizi sosial yönümlü olur

Gələn il büdcənin 70 faizi sosial proqramlara yönəldiləcək. Bunu Milli Məclisin bir neçə komitəsinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Xezerxeber.az-ın xəbərinə görə, nazir bildirib ki, növbəti ildə də müdafiə və milli təhlükəsizlik xərcləri dövlət büdcəsinin prioritet xərclərinə daxil edilib.

Maliyyə naziri sosial ödənişlərin artımında ehtiyatlı olmağın vacibliyinə diqqət çəkib. Bununla belə əməyin ödənişi üzrə xərclərin illər ərzində kəskin surətdə artdığını bildirib.

Samir Şərifov inflyasiya ilə mübarizənin əsas istiqamətlərini də açıqlayıb. O vurğulayıb ki, bu il inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir. İlin sonunda isə artıq birrəqəmli olacağı gözlənir.

İclasada çıxış edən Milli Məxclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, aztəminatlı ailələrə sosial ödənişlərdə ərzaq inflyasiyası nəzərə alınmalıdır. Komitə sədrinin sözlərinə görə, gələn il inflyasiyanın 5,3 % olacağı proqnozlaşdırılır.

Həmçinin əlavə edilib ki, Şərqi Zəngəzur və Qarabağın bərpası üçün vəsait artırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti