Xəzər Xəbər

Səyyahlar Xudafərin körpüsündə VİDEO

Veb TV | 22:35 • 6 Noyabr 2023
Səyyahlar Xudafərin körpüsündə

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar.....Onlar əraziyə baxış keçirib, yerində vəziyyətlə tanış olublar...

Xezerxeber.az-ın xəbərinə görə, səyyahlara Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər haqqında məlumat verilib...Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin Azərbaycan memarlığının dəyərli abidələridir....Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Beynəlxalq səyyahlar Cəbrayıldan sonra Füzuli rayonuna səfər ediblər.  Səyyahlar Horadiz kəndində ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə ermənilər bu əraziləri minalarla çirkləndirib.

Onlar  Füzulidə minaların zərərsizləşdirilməsi prosesini də izləyiblər .

Qeyd edək ki, noyabrın 4-dən dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni   təmsil edən 50 nəfərə yaxın geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq işlərinin nümayişi üçün  əhəmiyyət daşıyır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti