Xəzər Xəbər

DYP bu səbəbdən sürücələrə XƏBƏRDARLIQ ETDİ VİDEO

Veb TV | 21:05 • 6 Noyabr 2023
DYP bu səbəbdən sürücələrə XƏBƏRDARLIQ ETDİ

Sosial şəbəkələrdə cəriməsi olan sürücülərə ödənişlərini etmələri üçün şirnikləşdirici elanlar yerləşdirilir. Bu elanlar vasitəsilə saxta səhifələrə keçid edilir və sürücüdən bank kartı, digər şəxsi məlumatlar tələb edilir.

Məqsəd yalançı vədlərlə sürücünü aldatmaq və onun ödəyəcəyi cərimə məbləğini ələ keçirməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair xəbərdarlıq edib.

İdarənin inspektoru Elvin Hacıyev bildirib ki, əsas şikayət "asancerime.com" internet saytıyla bağlıdır.  Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. hazırda bu cür səifələrlə bağlı araşdırma aparılır.

Belə hallarla qarşılaşanlar daxili işlər nazirliyinin 102 və 902 qaynar xəttinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar