Xəzər Xəbər

Bakıda tikilməkdə olan evlər uçuruldu FOTO/VİDEO

Qanunsuz tikililər sökülür
Veb TV | 11:23 • 6 Noyabr 2023
Bakıda tikilməkdə olan evlər uçuruldu

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Zirə kəndi, eləcə də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.

Xəbər lenti

Çox oxunanlar