Xəzər Xəbər

Toydan qayıdanlar qəzaya düşdülər - ölən və yaralananlar var VİDEO

Veb TV | 19:50 • 5 Noyabr 2023
Toydan qayıdanlar qəzaya düşdülər - ölən və yaralananlar var

Şabranda toydan qayıdan  qadını avtomobil vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Xaçmaz rayon sakini, 59 yaşlı qadını avtomobil yol kənarında vurub.

Qadının meyiti müayinə olunması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Goranboyda isə nişan mərasimindən qayıdanlar qəzaya düşüblər. Hadisə Bakı - Qazax avtomagistralının rayonun Nizami kəndindən keçən hissəsində baş verib.

Minik maşını dəmir arakəsmələrə çırpılıb. Deformasiyaya uğrayan avtomibildə xəsarət alanlara ilkin yardım göstərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti