Xəzər Xəbər

Yeni qaz xəttinin paslanmış boruya birləşdirilməsi sızmaya səbəb olub İDDİA və RƏSMİ CAVAB/VİDEO

Veb TV | 20:11 • 5 Noyabr 2023
Yeni qaz xəttinin paslanmış boruya birləşdirilməsi sızmaya səbəb olub

Qəbələdə yeni qaz xəttinin yeraltı paslanmış boruya birləşdirilməsi səbəbindən sızma baş verdiyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələnin Afiyəddin Cəlilov küçəsindəki uzun illər istismar olunaraq yararsız vəziyyətə düşən yeraltı paylayıcı qaz xətləri il yarım əvvəl yenisi ilə əvəzlənib. Ancaq nədənsə Böyükağa Cəlilova məxsus fərdi yaşayış evinin bünovrəsinin qarşısında yerüstü xətt köhnə yeraltı yararsız boruya qaynaq edilib və paslanmış xəttin kiçik bir hissəsi saxlanıb.

Ev sakini köhnə borudan qaz sızdığını və evin birinci mərtəbəsinə dolduğunu iddia edir. Bununla bağlı müraciət etdiyi Qəbələ Qaz İstismarı İdarəsindən vətəndaşa həmin borunu üzə çıxarmaq üçün kiçik dayaq boruları almağı və betona bərkitməyi məsləhət görüblər. Bunu da edib. Lakin il yarımdır köhnə qaz xəttin yenilənmir.

Qeyd edək ki, hazırda yeraltı köhnə xətdən bir neçə qonşuya da qaz verilir və mövcud xətt onlara düşən hissələrdə yararsız vəziyyətdədir.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, 40 mm-lik boru 20 il əvvəl vətəndaşların öz hesabına çəkilib. Əvvəl yerüstü olan həmin borunu məhz vətəndaşlar beton örtüyün altına salıblar. Həmçinin həmin boru "Azəriqaz"ın tikinti idarəsinin çəkdiyi 76 mm-lik boruya bərkidilib. Sözügedən küçəyə baxış keçirilib və heç bir sızma akşarlanmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar