Xəzər Xəbər

Lənkəranda uşaq bağçasının binası qəzalı vəziyyətə düşüb VİDEO

Veb TV | 21:45 • 5 Noyabr 2023
Lənkəranda uşaq bağçasının binası qəzalı vəziyyətə düşüb

Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən körpələr evi - uşaq bağçasının binası qəzaldır.

Xezerxeber.az-ın məlumatına görə, 50 il ərzində binada təmir edilən yalnız dam örtüyü olub.

1973 - cü ildən fəaliyyətə başlayan binada 50 il ərzində bir dəfə əsaslı təmir aparılıb, dam örtüyü dəyişdirilib. İndi bağçanın yararsız vəziyyətdə olması valideynləri və pedaqoji kollektivi narahat edir.

Məsələyə Lənkəran-Astara Regional Təhsil İdarəsindən münasibət bildirilib. Qurumun Lənkəran sektoru üzrə məsləhətçisi İranə Məhərrəmzadə mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın vaxtlarda yeni bağça binasının tikiləcəyini deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar