Xəzər Xəbər

Dünya səyyahları “ŞUŞA”da VİDEO

Veb TV | 22:30 • 4 Noyabr 2023
Dünya səyyahları “ŞUŞA”da

26 ölkədən olan beynəlxalq səyyahlar işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Xezerxeber.az xəbər verir ki, səfərdə 50 nəfərə yaxın tanınmış səyyah iştirak edib. Səyyahlar öncə Şuşa şəhərini gəziblər. Şəhərin tarixi yerlərində olan qonaqlar təəssüratlarını da bölüşüblər.

Səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura bu ardıcıl səfərləri, elcə də hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, Azərbaycanın bölgədə apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada maraqla qarşılanır.

Heyət daha sonra Ağdam şəhərini ziyarət edib. Onlar şəhərdə aparılan quruculuq işləri ilə tanış olublar, tarixi kompleksləri gəziblər.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.

Qeyd edək ki, bu, beynəlxalq səyyahların son 2 ildə bölgəyə 9-cu səfərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti