Xəzər Xəbər

57 yaşlı kişi evində BIÇAQLANDI VİDEO

Veb TV | 21:55 • 4 Noyabr 2023
57 yaşlı kişi evində BIÇAQLANDI

57 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.

Xezerxeber.az verir ki, Hadisə Xaçmazda baş verib. 57 yaşlı Rasim Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində Rasim Hacıyevi 61 yaşlı Faiq Əliyevin Xaçmaz şəhəri ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qonşuların sözlərinə görə, qətlə yetirilən Rasim Hacıyev hadisədə şübhəli bilinən Faiq Əliyevin evində qalırmış. Onların arasında əvvəllər də mübahisə olduğu iddia edilir.

Faktla bağlı cinayət işi başlanıb, Faiq Əliyev şübhəli şəxs qismində saxlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti