Xəzər Xəbər

Azərbaycanda nə qədər ərazi minalardan təmizlənib? VİDEO

Veb TV | 21:35 • 4 Noyabr 2023
Azərbaycanda nə qədər ərazi minalardan təmizlənib?

107 min hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib.

Xezerxeber.az verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübariz? - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə deyib.

Bildirilib ki, Ermənistan Qarabağ və Şərqi Zəngəzuru 480 ton plastik kütlə ilə çirkləndirib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev isə mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində işlərin ləngidiyini vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 44 min 731 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyinə diqqət çəkən kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə bu günədək bir neçə texnikanın minaya düşdüyünü açıqlayıb.

İctimai dinləmədə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mina problemi ilə mübarizədə beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb. Səfir vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana minatəmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək sonadək davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti