Xəzər Xəbər

Bölgələrdə ağır qəzalar CAN ALDI VİDEO

Veb TV | 21:03 • 4 Noyabr 2023
Bölgələrdə ağır qəzalar CAN ALDI

Minik avtomobili qaz tənzimləyiciyə dəydi, bir nəfər həyatını itirdi.

Xezerxeber.az-ın xəbərinə görə, Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi  baş verib. Hadisə şəhərin Hənifə Abdullayev küçəsi 27 ünvanında qeydə alınıb. Lənkəran şəhər sakinləri 23 yaşlı  Taleh Abdullazadə və 17 yaşlı  İsmayıl Xansuvarlı dostlarına məxsus minik avtomobilini yumaq üçün alıblar. Sükan arxasında olan Taleh Abdullazadə avtoyuma məntəqəsinə getməmişdən öncə nəqliyyat vasitəsini sürətlə idarə edib. O hərəkətdə olarkən, şəhərin Hənifə Abdullayev küçəsində idarəetməni itirib. Nəqliyyat vasitəsi  yol kənarındakı elektrik dirəyinə, qaz tənzimləyicisinə, daha sonra divara çırpılıb.

Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Qəza nəticəsində avtomobildə sərnişin qismində olan İsmayıl Xansuvarlı ölüb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb.

Balakəndə isə minik avtomobilinin traktorun qoşqusuna çırpılması ölümlə nəticələnib.

Ağır qəza  zaqatalanın katex kəndi ərazisindən baş verib.Zaqatalanın uzuntala kənd sakini 29 yaşlı şaban çalabovun idarə etdiyi minik avtomobili yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb. avtomobildə olan sərnişinlərdən biri - sürücünün əmisi, 68 yaşlı əli çalabov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. digər sərnişin - sürücünün atası, 65 yaşlı rəcəb çalabov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar