Xəzər Xəbər

Geyim dükanlarının 99 qəpik PSİXOLOGİYASI VİDEO

Veb TV | 20:50 • 4 Noyabr 2023
Geyim dükanlarının 99 qəpik PSİXOLOGİYASI

Əksər mağazalarda məhsulların qiymətinin sonu 9 və ya 99 qəpiklə bitir. 1,29, 6,49, 14,99 qəpik və s...

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Eyyub Kərimli deyir ki, məhsulların qiymətinin belə təqdim olunması tam olaraq sahibkarın xeyrinədir. Yəni, bu cür qiymətləndirmədə itirən alıcı, qazanan isə şəbəkə olur. 

Əlbətdə ki, bu addımın psixoloji tərəfləri də az deyil.

Psixoloq Könül Xəlilova deyir ki, 99 strategiyası biznes tələsidir və bu addımla alıcılara maksimum psixoloji təsir edilir. Məsələn, 15 manat  99 qəpiyə satılan məhsulu heç kim 16 manat kimi qəbul etmir, hər kəs fokslanır 15 rəqəminə.

Mütəxəssislər deyir ki, hazırda bu 1 qəpikləri itirməməyin ən optimal yolu nağdsız qaydada, yəni kartla alış-veriş etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar