Xəzər Xəbər

Yardım almaq üçün pul verənlər hər ikisindən oldu VİDEO

Veb TV | 20:37 • 4 Noyabr 2023
Yardım almaq üçün pul verənlər hər ikisindən oldu

Yardım almaq üçün pul verdilər, həm puldan oldular, həm də yardımdan.

Xezerxeber.az xəbər verir ki, onlarla şəxsin sosial yardım düzəltmək adı ilə pullarını mənimsəyən şəxs Qubada saxlanılıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb.

O, uzun müddət ərzində Bakı şəhərində, eləcə də bir neçə rayonda sosial müavinət düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini etiraf edib.

Romal Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzi"nə məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar