Xəzər Xəbər

Şəhid olmuş və sağlamlığını itirmiş şəxslərlə bağlı YENİ SOSİAL QƏRAR VİDEO

Veb TV | 20:25 • 4 Noyabr 2023
Şəhid olmuş və sağlamlığını itirmiş şəxslərlə bağlı YENİ SOSİAL QƏRAR

Lokal antiterror tədbirləri zamanı şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Prezident təqaüdünün təyinatı prosesi tam yekunlaşıb.

Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, həmin şəxslərə pensiya və sosial ödənişlərin təyinatı ilə bağlı da işlər görülür. Qısa müddət ərzində bütün bu təminatlar həyata keçiriləcək.

Postmüharibə dövründə görülən işlərdən də danışan Sahil Babayev qeyd edib ki, bu günəək müharibə ilə əlaqədar əlilliyi olan 450-dən çox şəxs yüksək texnologiyalı protezlərlə təmin olunub. Həmin şəxslərin bir qismi müxtəlif idman yarışlarında aktiv iştirak da edib. 

Sahil Babayev 44 günlük müharibədən sonrakı erməni təxribatları zamanı sağlamlığını itirmiş şəxslərin də yüksək texnologiyalı protezlərlə təminatı məsələsinə də toxunub. O, qeyd edib ki, hazırda bu istiqamətdə də işlər davam etdirilir.

Həmin şəxslərə 310 minədək xidmət göstərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar