Xəzər Xəbər

Bayram günlərində sərnişin sıxlığının olmayacağına TƏMİNAT VERİLDİ VİDEO

Veb TV | 20:10 • 4 Noyabr 2023
Bayram günlərində sərnişin sıxlığının olmayacağına TƏMİNAT VERİLDİ

5 günlük bayram tətili ilə bağlı ölkə ərazisindəki bütün avtovağzallar gücləndirilmiş rejimdə işləyəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.

O, bildirib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 7-12 noyabr tarixlərində sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatması üçün bütün qabağlayıcı tədbirlər görülür.

Tural Orucov onu da əlavə etdi ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması da təmin ediləcək.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi onu da əlavə etdi ki, ayın 6-7-si də iş günü olduğundan avtovağzalda sərnişin sıxlığının əsasən 7-də günün ikinci yarısından sonra gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar