Xəzər Xəbər

Tərtərdə mina partlayışı SƏNGİMƏK BİLMİR VİDEO

Veb TV | 21:25 • 3 Noyabr 2023
Tərtərdə mina partlayışı SƏNGİMƏK BİLMİR

Tərtər sakini minaya düşüb, təcili xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az-ın xəbərinə görə, minaya düşən 24 yaşlı Əli Ağalarov bildirib ki,  Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib. O ərazinin minalı olmasından xəbərsiz olduğunu deyir.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Hazırda Bərdə rayon mərkəzi xəstəxanasında olan Əli Ağalarov həkim nəzarəti altındadır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti