Xəzər Xəbər

Bölgələrdə ət UCUZLAŞIB? - ARAŞDIRMA VİDEO

Veb TV | 20:50 • 3 Noyabr 2023
Bölgələrdə ət UCUZLAŞIB? - ARAŞDIRMA

Təxminən 2 həftədir ki, bəzi rayonlarda ətin qiyməti ucuzlaşıb.

Xezerxeber.az xəbər vertir ki, bu kadrlar Bərdədə çəkilib. Satıcılar bildirir ki, qiymət enməsinin müxtəlif səbəbləri var. Əsas odur ki, bazarlarda bolluq yaranıb. Bu da istər -istəməz ətin qiymətinə təsir göstərib. Ətin kiloqramı 1 manata qədər ucuzlaşıb.

Tovuzda da ətin qiymətində ucuzlaşma müşahidə olunur. Rayonun mərkəzi bazarında ət satışı ilə məşğul olanlar deyir ki, ucuzlaşma davam edə də bilər. Hazırdakı qiymət fərqi əvvəlki ilə müqayisədə bir kiloqramda 1- azn fərq edir. Daha  çox tələbat isə iribuynuzlu heyvanların ətinədir.

Satıcıların fikrincə, qışda kökəltmə heyvanlar çox olarsa ət bir qədər də ucuzlaşa bilər. Ətin qiymətinə heyvan yemləri və ot bağlamalarının da təsiri böyükdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti