Xəzər Xəbər

Tanınmış ustadan avtomobillərinə yeni monitor quraşdıranlara XƏBƏRDARLIQ VİDEO

Veb TV | 20:45 • 3 Noyabr 2023
Tanınmış ustadan avtomobillərinə yeni monitor quraşdıranlara XƏBƏRDARLIQ

Hərəkətdə olan avtomobil qəfildən alışıb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Mikayıl Əliyev küçəsində baş verib. Sürücü cəld tərpənərək idarə etdiyi Auidi Q7 markalı avtomobili saxlayıb və nəqliyyat vasitəsini tərk edib.

Yanğın qısa zamanda avtomobili ağuşuna alıb. Yanğın zamanı maşında partlayış da olub.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülsə də, avtomobil tamamilə yararsız hala düşüb. Məlumata görə, yanğına səbəb mühərrik hissədə yaranan nasazlıq olub.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, bu tip avtomobillərin yanmasına elektrik naqillərinə edilən müdaxilə səbəb olur.

Usta hesab edir ki, avtomobillərdə əksər hallarda yanğın qısa qapanmadan yaranır. Amma burada istisina hallar da var.

O deyir ki, avtomobil idarə edən sürücülərə təhlükəli vəziyyətlə üzləşməmələri üçün mühərrik və elektrik naqilləri üçün orijinal detallardan istifadə etmələri məsləhət görülür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar