Xəzər Xəbər

Milli Məclisdə qaz limitinin ləğvi ilə bağlı TƏKLİF VİDEO

Veb TV | 20:35 • 3 Noyabr 2023
Milli Məclisdə qaz limitinin ləğvi ilə bağlı TƏKLİF

Xəbər verdiyimiz kimi, Milli Məclisdə büdcə müzakirələri davam edib. Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin xərclərini açıqlayıb.

Nazir növbəti ildə büdcə gəlirlərinin 32 milyard 173 milyon, xərclərinin isə 36 milyard 763 milyon məbləğində müəyyən edildiyini diqqətə çatdırdı.

Millət vəkilləri büdcə xərcləri ilə bağlı təkliflər etdilər.

Millət vəkili Zahid Oruc bağçaların ərzaq təminatı ilə bağlı vəsaitin artırılmasının vacib olduğunu bildirdi. Həmçinin deputat büdcədən vəsait ayrılmasına rəğmən Bakı-Şamaxı-İsmayıllı yolundakı təmirinin nə üçün illərlə davam etdiyini və nə vaxt istifadəyə veriləcəyini sual etdi.

Millət vəkili Tahir Kərimli isə ölkədə qaz limitinin ləğv olunmasını təklif etdi.

Tahir Kərimli həmçinin ölkədəki su probleminin həlli üçün ciddi addımlar atılmalı olduğunu diqqətə çatdırdı.

Ombudsman Səbinə Əliyeva isə xəstəliklərdən əziyyət çəkənlər üçün dərmanların alınmasına ayrılan vəsaitin artırılmasını təklif etdi və bir sıra məsələlərin növbəti ilin büdcə zərfində nəzərə alınmalı olduğunu vurğuladı.

Daha sonra deputatlar müzakirələrdə onkoloji xidmətə, təhsil müəssisələrinə, Təhsil Tələbə Krediti fonduna ayrılan vəsaitin az olduğunu diqqət çatdırıblar və növbəti ilin büdcəsi hazırlanarkən bu məsələlərin nəzərə alınmalı olduğu vurğulanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar