Xəzər Xəbər

İlham Əliyev TDT sammitində VİDEO

Veb TV | 20:25 • 3 Noyabr 2023
İlham Əliyev TDT sammitində

Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü keçirilib. Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Prezident İlham Əliyev  Zirvə görüşündə çıxış edib. Dövlət başçısı Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Prezident İlham Əliyev münasibətlərin  inkişafı kontekstində nəqliyyat və logistika sahələrinin mühüm yer tutduğunu deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artmalı olduğuna diqqət çəkib.

Prezident İlham Əliyev dövlət və hökümət başçılarını sentyabrda keçirilmiş antiterror tədbirləri haqqında da məlumatlandırıb.

Dövlət başçısı bildirib ki, "Böyük Qayıdış" proqramı icra edilir. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Zirvə toplantısında digər dövlət başçılarının da çıxışları olub. Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısının Qazaxıstana səfəri başa çatıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar