Xəzər Xəbər

Fransa regiondakı yeni reallıqla BARIŞMAQ İSTƏMİR VİDEO

Veb TV | 22:30 • 2 Noyabr 2023
Fransa regiondakı yeni reallıqla BARIŞMAQ İSTƏMİR

Azərbaycan tam hüquqi şəkildə antiterror tədbirləri keçirərək terrorçuları ərazilərindən qovdu. Lakin Fransa hələ də regiondakı yeni reallıqla barışmaq istəmir.

Xezerxeber.az xəbər verir ki, rəsmi Paris ermənipərəst mövqeyini BMT TŞ-də müzakirəyə çıxarmaq niyyətindədir. Bu, ilk hal deyil. Fransa 44 günlük müharibə zamanı, ötən il dekabrda keçirilən eko-aksiya zamanı, 19 sentyabr antiterror tədbirləri zamanı da belə cəhdlər edib. Amma istəyinə nail ola bilməyib.

Politoloq Elçin Mirzəbəyli deyir ki, bu məsələ də Fransanı dəstəkləyən dövlətlər də az deyil.

Onların ən birincisi ABŞ-dır. Ardınca isə Malta gəlir.

Makron hakimiyyəti BMT-yə göndərdiyi sənəddə bütün diqqəti könüllü şəkildə Qarabağı tərk etmiş ermənilərin üzərinə yönəldib. Yəni dünyanın diqqətinə göstərməyə çalışır ki, güya Azərbaycan erməniləri zorla Qarabağdan çıxarıb. Biri Makrona deməlidir ki, daha 2 gün əvvəl Fransalı hüquq müdafiəçiləri Qarabağda etnik təmizləmə olmadığını təsdiqləyiblər. Əlavə olaraq 1 ay öncə dinc əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın baş naziri Nikol Paşinyan özü də qeyd etmişdi.

Bəs Makron niyə Paşinyandan çox Paşinyanlıq edir?

Görünür Azərbaycanın Fransız kolonializmindən əziyyət çəkən ölkələrlə tərəftaşlığı Makronu qəzəbləndirib. Bu səbəbdəndir ki, Azərbaycana təzyiq edir. Lakin bu addımları da iflasa uğrayacaq

Yeri gəlmişkən, Azərbaycan tarixə BMT qətnaməsini icra edən dövlət kimi düşüb. Yəni təşkilatın illərdir edə bilmədiyini özü edib. İndi isə nüfuzunu itirən BMT və onun Təhlükəsizlik Şurası tarixin arxivinə düşən məsələni müzakirəyə çıxarmaq əvəzinə Qəzza bölgəsindəki hadisələrə adekvat reaksiya verib qətnamə qəbul etsə daha yaxşı olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar