Xəzər Xəbər

Gələn ilin DÖVLƏT BÜDCƏSİ VİDEO

Veb TV | 22:00 • 2 Noyabr 2023
Gələn ilin DÖVLƏT BÜDCƏSİ

Gələn ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat həcmində proqnozlaşdırılır. Bu da 2023-cu illə müqayisədə 0.8 faiz yüksəkdir.

Xezerxeber.az xəbər verir ki, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsində "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, büdcə xərcləri isə 36 milyard  763 milyon manat məbləğində nəzərdə tutulub.

Büdcə xərclərinin prioritet istiqamətləri də açıqlanıb. Böyük Qayıdışın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sosial yönümlü xərclərdə isə 7 faizdən çox artım gözlənilir.

Növbəti ilin dövlət büdcəsində təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, səfərbərlik ehtiyatlarının formalaşdırılması xərcləri də yer alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar