Xəzər Xəbər

Bölgələrdə həkim çatışmazlığı var VİDEO

Veb TV | 21:33 • 2 Noyabr 2023
Bölgələrdə həkim çatışmazlığı var

Bəzi regionlarda həkimlərin yaş həddinin dəyişdirilməsi təklif edilib.

Xezerxeber.az-ın xəbərinə görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib ki, həkimlərin fəaliyyəti üçün yaş həddi qanunvericiliklə tənzimlənir. Lakin bəzi bölgələrdəki həkim çatışmazlığı nəzərə alınaraq yaş həddinin dəyişdirilməsi ilə bağlı təklif verilib.

Vüqar Qurbanov onu da vurğulayıb ki, xaricdə təhsil alıb ölkəyə qayıdan daha 10 həkim TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyətə başlayacaq. Əsasən Almaniya və Türkiyədə çalışmış bu həkimlərin ilin sonuna kimi fəaliyyətə başlaması nəzərdə tutulub.

TƏBİB sədri həmçinin qeyd edib ki, 80 tibb müəssisəsində laborator-diaqnostik xidmətlər yenidən təşkil edilib və laborator müayinələrin sayı 3 dəfədən çox artırılıb. Görülən işlər nəticəsində stasionar cərrahi əməliyyat sayında 60% artım olub.

O, əlavə edib ki, hazırda ölkədə koronavirusla bağlı vəziyyət stabildir, heç bir narahatlıq yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar