Xəzər Xəbər

Azərbaycanda HALAL dərman istehsalına BAŞLANILIR VİDEO

Veb TV | 21:21 • 2 Noyabr 2023
Azərbaycanda HALAL dərman istehsalına BAŞLANILIR

Ölkədə halal dərman istehsalı ilə bağlı qaydalar hazırlanıb.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib. O bildirib ki, qaydalar artıq Nazirlər Kabinetinə təqdim edilib.

Elektron reseptlər məsələsinə də toxunan Teymur Musayev deyib ki, artıq bir neçə xəstəxanada bu sistemin tədbiqinə başlanıb. Gələn il yanvarın 1-dən isə bütün ölkə ərazisində tədbiq olunacaq.

Nazir qeyd edib ki, hazırda ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır. Yaxın günlərdə isə Azərbaycana mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək.

Gələn həftədən etibarən aidiyyəti tibb müəssilərində həmin vaksinləri əldə etmək mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti