Xəzər Xəbər

Bakıda ard-arda İKİ QƏTL VİDEO

Veb TV | 20:55 • 2 Noyabr 2023
Bakıda ard-arda İKİ QƏTL

Qadın yatdığı yerdə bıçaqlanaraq qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət səhərə yaxın paytaxtın Binəqədi rayonu ''Matadrom'' adlanan ərazidə fərdi evdə baş verib. Rayon prokurorluğuna 36 yaşlı Zülfiyyə Xamoyevanın öldürülməsi barədə məlumat daxil olub. İstintaq qrupu hadisə yerinə cəlb edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qadının ər-arvad münasibətində olduğu 42 yaşlı Qədir Qasımov saxlanıb. O, istintaqa ilkin ifadəsində qadını bıçaqlayaraq öldürdüyünü bildirib.

Zülfiyyə Xamoyevanın anası deyir ki, qızı bir müddət imiş ki, iki uşağı ilə onun yanında qalırmış.

Mərhumun bacısı Sima Cavadova deyir ki, Zülfiyyə Xamoyeva onunla Nərimanov rayonunda iaşə obyektində qabyuyan işləyirmiş. İddia edilir ki, Qədir Qasımov hadisəni qısqanclıq zəmnində öldürüb.

Qədir Qasımov şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanıb.

Paytaxda digər bir qətl Səbail rayonunda törədilib.

Puşkin küçəsi 4 ünvanında 63 yaşlı Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanıb.

İstintaq hazırda onlar arasında baş vermiş mübahisənin hansı səbəbdən baş verdiyini araşdırır. Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti