Xəzər Xəbər

Yük daşıma və Taksi fəaliyyətində VERGİ ARTIRILIR VİDEO

Veb TV | 20:45 • 2 Noyabr 2023
Yük daşıma və Taksi fəaliyyətində VERGİ ARTIRILIR

Sərnişin və yük daşınması sahəsi üzrə vergilər dəyişəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu gün açıqladığı ''2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı''nda bildirilib.

Gələn il həyata keçiriləcək vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi tədbirləri çərçivəsində sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi nəzərdə tutulur.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, hazırda qüvvədə olan qanuna əsasən yük daşımaları və taksi fəaliyyəti üzrə vergi sabitdir. Yeni layihədə isə vergi müəyyən meyarlara əsasən dəyişəcək.

Onun fikirincə, yeni qayda qüvvəyə minəndən sonra yük daşımalarında və xüsusilə taksi xidmətində ödənilən vergilər artacaq.

Ekspertlər bildirirlər ki, vergi yükünün artması nəticəsində yükdaşıma və taksi qiymətlərinin də artacağı istisina edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar