Xəzər Xəbər

Analizlərinin saxta olduğu iddia edilən futbolçu ölkəsinə QAYITDI VİDEO

Veb TV | 19:50 • 2 Noyabr 2023
Analizlərinin saxta olduğu iddia edilən futbolçu ölkəsinə QAYITDI

Xəbər verdiyimiz kimi, sağlamlıq analizinin saxtalaşdırıldığı bildirilən “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu barədə yeni məlumatlar var.

Xezerxeber.az xəbər verir ki, “Kəpəz”in legioner futbolçusu Abdullahi Şuaybunun menecerlərindən olan Dmitri Selyuk nigeriyali oyunçunun Hepatit B virusu daşıdığı halda onun analizinin dəyişdirilərək “sağlam” diqanoz qoyulmasını iddia edib.

Hətta Azərbaycan Respublikasının Baş Prokurorluğu faktın araşdırılması üçün AFFA-ya müraciət ünvanlayıb.

Lakin üstündən çox keçmədən, noyabrın 1-də Şuaybunun vətəninə yolandındığı xəbərləri yayılıb. Kəpəz FK-dan “Xəzər Xəbər”ə bildirilib ki, futbolçu vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunub və budəfəki analizlərdə dəyişikliyin hiss olunması səbəbi ilə hazırda onun futbol oynaması mümkün olmayıb və futbolçu vətəni Nigeriyaya geri qayıdıb.  

“Xəzər Xəbər”in əldə etdiyi məlumata əsasən, futbolçu ilə müqaviləyə xitam verilməyib. Sadəcə miqrasiya qanunlarına görə, tibbi problemi çıxmış əcnəbilərə yaşayış və çalışmaq üçün icazə verilmədiyindən futbolçu ölkəsinə yollanmağa məcbur olub. Bundan əlavə bu müddətin 3 aylıq bir dövrü əhatə edəcəyini də qeyd edilib.

Bu müddətdən sonra tibbi nəticələrində müsbətə doğru dəyişiklik qeydə alınsa, yenidən nigeriyalının ölkəmizdə oynamaq şansı yaranacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar