Xəzər Xəbər

Şağanda baş verən qətlin səbəbi bilindi - QIZ QAÇIRTMA VİDEO

Veb TV | 19:40 • 2 Noyabr 2023
Şağanda baş verən qətlin səbəbi bilindi - QIZ QAÇIRTMA

Şağan qəsəbəsində baş verən qətlin təfərrüatları məlum olub.

Xezerxeber.az xəbər verir ki, iddiaya görə, qətlə səbəb gənc oğlanın qız qaçırtması, qızın da qardaşının oğlanın atasını güllələməsidir.

Qətlə yetirilən Cavanşir Abdullayevin qardaşı bildirib ki, hadisə onun yanında baş verib.

Cinayət "Revolver" tipli tapança ilə törədilib.

Araşdırma nəticəsində məlum olub ki, 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar