Xəzər Xəbər

SOS: “Ödənişli yollarda 200-dən artıq sürət QEYDƏ ALINIR” VİDEO

Veb TV | 21:10 • 29 Oktyabr 2023
SOS: “Ödənişli yollarda 200-dən artıq sürət QEYDƏ ALINIR”

Artıq bir neçə gündür istifadəyə verilən ödənişli yolda avtomobili sürətlə idarə edənlər çoxdur.

Sürəti 220-ni keçən avtomobillər...  Hətta, avtomobillərdən biri saatda 215 km/ sürətlə hərəkət edərkən foto çəkib paylaşıb. Başqa birində isə sürət həddi 225-dir.

Xezerxeber.az xəbər verir ki, bu görüntülər bir neçə gündür isitfadəyə verilən ödənişli yolda hərəkət edən avtomobillərdə çəkilib. Yayılan foto və videolardan aydın olur ki, bu yolda xüsusilə sürət həvəskarları avtomobili olduqca yüksək sürətlə idarə edirlər. Üstəlik həmin yolda məhdudlaşdırıcı lövhə və ya radar olmadığı üçün bəziləri sürəti daha da artırırlar.

Yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, məhdudlaşdırıcı hər hansı bir nişan olmasa belə sürücülərin bu qədər yüksək sürətlə hərəkət etmələri tövsiyə edilmir. Sürücü yol şəraitini qiymətləndirməli, manevr imkanlarını əvvəlcədən nəzərə almalıdır. Əks halda ağır qəzalar ola bilər.

Ekspert deyir ki, bununla belə həmin yolda yüksək sürətlə hərəkət edən şəxlərə cərimə yazıla bilməz.

O, tövsiyə edir ki, sürücülər ilk növbədə həmin yolun bir istiqamət üzrə iki zolaq olmasını nəzərə almalıdırlar. Zolaqların sayı az olduğundan xüsusilə yüksək sürətlə hərəkət edən avtomobilin qarşısına tez-tez digər avtomobillər çıxa bilər.

Yasin Mustafayev deyir ki, indiki halda həmin yolda maksimum 130-140 km/saat sürətlə hərəkət etmək məsləhətdir.

Bu arada Baş Dövlət Yol Polisi İdarəsi də məsələyə münasibət bildirib. Qeyd ediblər ki, sosial şəbəkə seqmentlərində yayılmış görüntülərdən məlumatları var. Bununla bağlı araşdırma aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar