Xəzər Xəbər

Azərbaycanda maldarlıq sahəsi TƏHLÜKƏDƏ VİDEO

Veb TV | 21:25 • 29 Oktyabr 2023
Azərbaycanda maldarlıq sahəsi TƏHLÜKƏDƏ

Azərbaycanda maldarlığa maraq azalır.

Xezerxeber.az xəbər verir ki, iri və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir.

Hazırki rəqəmlər son 10 ilin ən aşağı həddidir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113 min baş, xırdabuynuzlu heyvanlarınkı isə 8.9% və ya 705 min baş azalıb.

İqtisadçı Xalid Kərimli heyvanların sayının azalmasının səbəblərini açıqlayıb. Bildirib ki, əsas amillərdən biri ölkədə yem və otun ildən-ilə bahalaşmasıdır.

Ekspert əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda olan otlaq sahələri maldarlığın inkişafı üçün ümidlər yaradır. Lakin bu, indiki məqamda hazırki statistikaya ciddi təsir etməyəcək. Qarşıdakı illərdə ət və ət məhsullarının qiymətindəki artım tempi davam edəcək

Maldarlığın inkişafı üçün ilk növbədə otlaq sahələr artırılmalıdır. bundan başqa maldarlıq təsərrüfatları mərhələli şəkildə işğaldan azad edilən ərazilərə köçürülməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar